Kobaxidze dövlətimizin başçısına ZƏNG ETDİ

Hazırda oxunan: Kobaxidze dövlətimizin başçısına ZƏNG ETDİ

226819

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dmitri Savelyev İlham Əliyevi TƏBRİK ETDİ


İrakli Kobaxidze dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bundan sonra da müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşıdan gələn ildə yeni təmaslar barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin