Moskvanın və bütün Rusiyanın patriarxı Prezident İlham Əliyevə ZƏNG ETDİ

Hazırda oxunan: Moskvanın və bütün Rusiyanın patriarxı Prezident İlham Əliyevə ZƏNG ETDİ

226817

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, Patriarx Kirill dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dmitri Savelyev İlham Əliyevi TƏBRİK ETDİ


Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanaraq, humanitar sahədə əlaqələrimizin bu işə töhfə verdiyi qeyd olunub.

Patriarx Kirillin Azərbaycana səfərlərinin humanitar əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb. Telefon söhbəti zamanı ölkələrimizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılması ilə bağlı işlərin uğurla həyata keçirildiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin