“İşğaldan azad olunan torpaqlara dəymiş ziyanın dəyərləndirilmə prosesi öz sürəti ilə davam edir. Ortaq rəqəmin çıxarılması üçün əmlak məsələləri üzrə mütəxəssislərin minalanmış ərazilərə daxil olub, qiymət çıxarma prosesi çətindir. Bu səbəbdən proses bir az ləngiyir. Bundan başqa ərazilər miqyas baxımından çox genişdir. Proses haqqında hər tərəfli əsaslandırılmış və beynəlxalq ictimaiyyəti qane edəcək sənəd tərtib edilməlidir. Bütün bu proseslərin tam dəqiqliqlə həyata keçirilməsi üçün müəyyən zamana ehtiyac var”.
MÖVZU İLƏ BAĞLI:
Sülhməramlıların GİZLİ PLANI – Ermənilər üçün hansı işləri görürlər?
Bu sözləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. O, dəymiş ziyanın hesablanması işlərinin tam sürətlə davam etdiyini bildirib.
Hərbi ekspert dəymiş ziyanın dəqiqləşdirilməsi məsələsində xarici mütəxəssislərin də cəlb olunduğunu, bu istiqamətdə müştərək işlərin hələ də davam etdiyini də diqqətə çatdırdı.
Vüsalə Balayeva, Bizim.Media