Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin perspektivləri MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin perspektivləri MÜZAKİRƏ EDİLDİ - FOTO

226642

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti məlumat yayıb.
 

Görüş zamanı Azərbaycan və Serbiya arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri və iki ölkə arasında parlamentlərarası müstəvidə əlaqələr müzakirə edilib.


Görüşdə, qarşılıqlı hörmət, etimad, beynəlxalq hüquqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq, ikitərəfli əsasda, o cümlədən beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacib olduğu qeyd edilib. Bu xüsusda eyni zamanda, ölkələrimizin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işi təqdir olunub.

Azərbaycan tərəfinə, Serbiyanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi birmənalı dəstəyə görə təşəkkür edilib, Serbiyanın, ölkəmizlə qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafından məmnunluq duyduğu diqqətə çatdırılıb. Beynəlxalq təşkilatlarda, BMT-də və Avropa Şurasında qarşılıqlı dəstəyə görə təşəkkür ifadə olunub.

Nazir bu il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə qarşı tərəfi məlumatlandıraraq, yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması və digər istiqamətlərdə əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.

Serbiyanın Expo 2027 tədbirinə hazırlıq işlərində uğurlar arzulanıb, bu tədbirin Serbiyanın artan əhəmiyyətinin göstəricisi olduğu vurğulanıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin