Ceyhun Bayramov Serbiya lideri ilə regional təhlükəsizlik məsələlərini müzakirə etdi - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Serbiya lideri ilə regional təhlükəsizlik məsələlərini müzakirə etdi - FOTO

226626

Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.
 

Görüşdə, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.

Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin