Ölkənin yenidən qurulmasına effektiv şəkildə başlamaq üçün Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ləğv edilməlidir.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Bu gün beynəlxalq ictimaiyyət, xüsusən də region ölkələri Suriyanın ayağa qalxması və milyonlarla köçkünün öz ölkələrinə qayıtması üçün səfərbər olmalıdır.
Suriyada əvvəlki rejimə qarşı tətbiq edilən bütün sanksiyalar tez bir zamanda aradan qaldırılmalıdır. İnvestisiya, maliyyələşdirmə, infrastruktur, səhiyyə və təhsil xidmətləri mümkün qədər tez təmin edilməlidir. Qaçqınların geri qayıtması üçün Suriyada yenidənqurma işlərinə təcili başlamaq lazımdır” – Fidan qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:19 / 22.12.2024
Hakan Fidan: Suriyaya tətbiq edilən bütün sanksiyalar ləğv edilməlidir
Hazırda oxunan: Hakan Fidan: Suriyaya tətbiq edilən bütün sanksiyalar ləğv edilməlidir
Hazırda oxunan: Hakan Fidan: Suriyaya tətbiq edilən bütün sanksiyalar ləğv edilməlidir
226476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.