İlham Əliyev Azərbaycanın D-8-ə üzv qəbul edilməsi ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Hazırda oxunan: İlham Əliyev Azərbaycanın D-8-ə üzv qəbul edilməsi ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

226081

“Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm".

Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı rəsmi "X" hesabındakı paylaşımında yer alıb.

"Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.

Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.

Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”, - paylaşımda qeyd edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin