Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-ın Azərbaycandakı səfirliyinə cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ayxan Hacızadə “X” platformasındakı paylaşımında bildirib.
“Unutmayaq ki, əsl “namərdlik” ABŞ-ın “məşhur, dürüst və qərəzsiz” kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır.
Özünü beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir.
Tənqid təzyiq kimi o zaman effektli ola bilər ki, tənqid edənin niyyəti saf, əxlaqı isə üstün olsun. Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir”, - XİN rəsmisi vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:04 / 19.12.2024
Rəsmi Bakı: ABŞ-ın Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir - FOTO
Hazırda oxunan: Rəsmi Bakı: ABŞ-ın Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir - FOTO
Hazırda oxunan: Rəsmi Bakı: ABŞ-ın Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir - FOTO
226017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.