“Ermənistanın bu cür təxribatçı fəaliyyəti və terror cəhdi 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına tam ziddir. Bu həm də Bəyanatın region üçün yaratdığı dinc yanaşı yaşamaq və əməkdaşlıq perspektivlərinə də ciddi zərbədir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Facebook” hesabında qeyd edib.
Onun fikrincə, beynəlxalq təşkilatlar, xüsusilə, BMT, ATƏT, Avropa Şurası və onun Parlament Assambleyası, Avropa Parlamenti və Avropa İttifaqı Ermənistanın bu təxribatını qəti şəkildə qınamalıdır:
“Bu təşkilatların, o cümlədən ABŞ, Rusiya və Fransanın Ermənistanın bu cinayətinə səssiz qalması nəinki yolverilməzdir, eyni zamanda tutulan təxribatçıları gələcəkdə "hərbi əsir" və ya başqa ad altında manipulyasiya etmək üçün Ermənistanı daha da ruhlandıracaq”, deyə Azay Quliyev əlavə edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan ordusunun 24 nəfərlik 2 kəşfiyyat-diversiya qrupu Kəlbəcər rayonu istiqamətində qanunsuz olaraq dövlət sərhədini keçib.
Azərbaycan ərazisində terror həyata keçirməyə və minalar yerləşdirməyə cəhd ediblər. Azərbaycan Silahlı Qüvvələrinin gördüyü operativ tədbirlər nəticəsində diversant qrupunun terror cəhdinin qarşısı alınıb və 6 nəfər üzvü saxlanılıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:44 / 27.05.2021
Millət vəkilindən ÇAĞIRIŞ – “Beynəlxalq təşkilatlar təxribatı qəti şəkildə qınamalıdır”
Hazırda oxunan: Millət vəkilindən ÇAĞIRIŞ – “Beynəlxalq təşkilatlar təxribatı qəti şəkildə qınamalıdır”
Hazırda oxunan: Millət vəkilindən ÇAĞIRIŞ – “Beynəlxalq təşkilatlar təxribatı qəti şəkildə qınamalıdır”
22596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.