TBMM sədri: “Zəngəzur dəhlizinin açılması zəruridir”

Hazırda oxunan: TBMM sədri: “Zəngəzur dəhlizinin açılması zəruridir”

225919

Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında görüşdən sonra spikerlər mətbuat üçün bəyanatla çıxış ediblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, mətbuat konfransında çıxış edən Numan Kurtulmuş bu səfərin parlamentlərarası əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr müzakirə olundu - FOTO


Azərbaycan və Türkiyənin regionda sülh və sabitliyin, inkişafın təmin olunmasına mühüm töhfələrini qeyd edən TBMM sədri, həmçinin ölkələrimizin liderliyi ilə Türk dünyasının daha da güclənməsi, Türk dövlətləri arasında birliyin möhkəmlənməsi istiqamətində atılan addımları təqdir edib.

O, Azərbaycanın bu istiqamətdə atdığı addımları tarixi addımlar kimi qiymətləndirib.

N.Kurtulmuş Vətən müharibəsində və antiterror əməliyyatları nəticəsində qazanılan tarixi zəfərlərdən sonra regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün yeni imkanlar yarandığını deyib, Zəngəzur dəhlizinin açılmasının önəmini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin