İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI

Hazırda oxunan: İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI

225890

"Təqribən iki ay əvvəl son informasiya ondan ibarət idi ki, Qarabağda erməni millətindən olan 20-yə yaxın sakin yaşayır".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

"Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi", deyə Prezident əlavə edib.

Dövlətimizin başçısı deyib ki, Qarabağda qalan ermənilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alır:

"Onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin