“Ermənistan bizimlə silahlanma yarışında davam gətirə bilməz”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bildirib.
“Ermənilər bizimlə bu yarışda ayaqlaşa bilməzlər. Baxmayaraq ki, Qərbdən aldıqları silahların böyük hissəsini pulsuz və ya kreditlə əldə edirlər, bu kreditin də sonradan silinəcəyi açıqdır. Amma hətta bu halda da, onlar bizimlə bu yarışa tab gətirə bilməzlər.
İkinci Qarabağ müharibəsinin nəticələri və 2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirləri onların yadından çıxmamalıdır. Eyni zamanda, onlar anlamalıdırlar ki, Makron rejiminin və ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, bizə qarşı yeni bir təxribat planlaşdırarlarsa, heç kim onlara kömək edə bilməyəcək”, - deyə dövlət başçısı əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:47 / 18.12.2024
Dövlət başçısı: “Ermənistan silahlanma yarışında bizimlə ayaqlaşa bilməz” – VİDEO
Hazırda oxunan: Dövlət başçısı: “Ermənistan silahlanma yarışında bizimlə ayaqlaşa bilməz” – VİDEO
Hazırda oxunan: Dövlət başçısı: “Ermənistan silahlanma yarışında bizimlə ayaqlaşa bilməz” – VİDEO
225825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.