“Azərbaycan 6 erməni hərbçisini sərhəddə mina basdırarkən əsir götürüb. Nikol Paşinyan bu vəziyyətdə nə edəcək? Ermənistanın baş nazir vəzifəsini icra edən şəxs yenə ətraf aləmdən kömək istəyəcək. Ancaq Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını açıq dilə gətirməyə başlayıb”.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın Kəlbəcərdə təxribatının detalları - 2 diversiya qrupu gəlib
Bizim.Media xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə Paşinyanın lideri olduğu partiyanın parlamentdəki qrup rəhbəri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid edərək onları proseslərə seyrçi qalmaqda ittiham edib:
“Paşinyana dəstək yenə Qərbin bəzi ölkələrindən gələcək, kimlərsə Azərbaycan əleyhinə açıqlama verəcək və rəsmi İrəvan həmin açıqlamaları geniş yayacaq ki, əhalini sakitləşdirsin. Ermənistan müxalifəti erməni həbrçilərin Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsini seçki öncəsi Paşinyanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışacaq. Əgər biz həmin 6 əsiri seçkiyə qədər İrəvana təhvil versək, tam əksinə bu Paşinyanın reytinqinə müsbət təsir edəcək. İplər bizim əlizmizdədir”, deyə politoloq əlavə edib.
Alçina Amilqızı, Bizim.Media