“İsrail 14 ay əvvəl cənubdan HƏMAS-ın və şimaldan Hizbullahın hücumu ilə zəiflədi. Bu durum Yaxın Şərqdə İsrailin geriləyəcəyi kimi dəyərləndirilirdi. Lakin sonradan İsrail möcüzəvi hərbi zəfərlər nümayiş etdirəndə hər kəs gördü ki, İsrail Yaxın Şərqdə hegemonluğa çox yaxındır”.
MÖVZU İLƏ BAĞLI:
İsrailli politoloq: “Azərbaycanın Zəfəri regionda yeni reallıqlar yaratdı” – ÖZƏL
Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq Aviqdor Eskin deyib.
Politoloq İsrail-Azərbaycan münasibətlərinin inkişafından da söz açıb:
“Rəsmi Bakının uzun illərdir İsraillə çox konstruktiv münasibətləri var. Bu, təkcə hərbi əməkdaşlıq deyil, həm də diplomatik əməkdaşlıqdır. İsraillə Azərbaycan arasında bəzi fikir ayrılıqları var. Buna baxmayaraq, Bakının diplomatik səyləri həmişə çox peşəkar və müsbət hesab olunur.
Azərbaycanın Yaxın Şərqdəki proseslərdə yaxından iştirakı yaxşı ideyadır. Rəsmi Bakı regionda çox mühüm rol oynaya bilər. Söhbət İsraillə Türkiyə arasında vasitəçilikdən gedir.
Qətiyyətlə deyə bilərik ki, İsrail Azərbaycanın istənilən müsbət, sülhsevər təşəbbüsünü alqışlamaq niyyətindədir. Azərbaycan İsrail isə etibarlı tərəfdaş olub və olacaq. Demək istərdim ki, İsrail qalib tərəfdir və qalib gələn tərəf olmağa davam edəcək. Ona görə də Azərbaycanın bölgədə siyasi atmosferi yaxşılaşdırmaq və diplomatiya potensialını göstərmək üçün fürsət yaranıb”, - deyə A.Eskin bildirib.
Tehran Orucoğlu, Bizim.Media