Ermənistandan Konstitusiyaya dəyişikliklə bağlı qətiyyətli addımlar gözləyirik - Ceyhun Bayramov

Hazırda oxunan: Ermənistandan Konstitusiyaya dəyişikliklə bağlı qətiyyətli addımlar gözləyirik - Ceyhun Bayramov

224929

Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar bizim Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər isə bizi qane edə bilməz.
 

Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı bu işi daha da mürəkkəbləşdirib. Digər sözlə, qərarda Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu, xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması qeyd edilib.


Bu, məsələni daha da mürəkkəbləşdirir. Çünki preambulada Ermənistan Müstəqillik Aktına istinad var və o sənəd də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur. Bu qərar vəziyyəti daha da mürəkkəbləşdirir”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin