Hikmət Hacıyev: “Aİ missiyasının müddəti başa çatmalıdır”

Hazırda oxunan: Hikmət Hacıyev: “Aİ missiyasının müddəti başa çatmalıdır”

224906

“İki ölkənin sərhədində üçünçü bir ölkənin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktordur. Azərbaycan dəfələrlə bunu bildirib. Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının yerləşdirilməsi üçün biz hər hansı bir lüzum görmürük. Bu missiyanın müddəti başa çatmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Aİ missiyası sərhədimizə yerləşdirilən zaman Praqada razılaşdırılmışdı ki, bu missiya qısamüddətli olacaq. Göründüyü kimi, bu missiya davamlı missiyaya çevrilir və onun tərkibi genişləndirilir. Hətta coğrafi mandat ərazisi də genişləndirilir”, - deyə PA rəsmisi əlavə edib.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin