Heydər Əliyev dünya azərbaycanlılarının Ümumilli Lideri idi. O təkcə Azərbaycanı yox, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları sevirdi.
Ulu Öndər hər zaman xaricdə yaşayan soydaşlarımızı diqqət mərkəzində saxlayırdı.
Bizim.Media xəbər verir ki, dahi rəhbərin dəstək olduğu şəxsiyyətlərdən biri də dünya şöhrətli vokalist, SSRİ Xalq artisti Müslüm Maqomayevdir.
Əslində böyük sənətkar hər zaman Heydər Əliyevi böyük hörmətlə anıb. Sonuncu dəfə, ölümündən qısa müddət əvvəl ukraynalı jurnalist Dmitri Qordonla müsahibəsində isə bir çox maraqlı faktları açıb.
Məlumdur ki, ötən əsrin 70-ci illərində SSRİ-də ən çox sevilən və ən ali dövlət tədbirlərinə dəvət olunan 2 müğənnidən biri Müslüm Maqomayev olub.
Lakin onun bu şöhrətini qısqanan bir sıra adamlar, xüsusən də ermənilər Müslüm Maqomayevi fiziki cəhətdən məhv etmək istəyirdilər. Bu planın müəllifi SSRİ-nin Mədəniyyət naziri olmuş Yekaterina Furtsova idi.
Onun təşəbbüsü və göstərişi ilə 70-ci illərdə dahi sənətkara hətta cinayət işi açılmışdı.
Məhz Heydər Əliyevin məsələyə müdaxiləsindən sonra Müslüm Moqamayev təqiblərdən və həbsdən qurtulur.
Daha ətraflı aşağıdakı videoda:
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:10 / 12.12.2024
Ulu Öndər Müslüm Maqomayevi necə xilas etmişdi? – VİDEO
Hazırda oxunan: Ulu Öndər Müslüm Maqomayevi necə xilas etmişdi? – VİDEO
Hazırda oxunan: Ulu Öndər Müslüm Maqomayevi necə xilas etmişdi? – VİDEO
224898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.