Xəyyam Mirzəzadənin oğlu Prezidentə TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Xəyyam Mirzəzadənin oğlu Prezidentə TƏŞƏKKÜR ETDİ

224619

Xəyyam Mirzəzadənin oğlu Prezident İlham Əliyevə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, təşəkkür məktubunda deyilir:

"Möhtərəm cənab Prezident!

Bu yaxınlarda Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin adının əbədiləşdirilməsi üçün Bakının küçələrindən birinə onun adının verilməsi bizim ailəmiz üçün olduqca qürurverici xəbər oldu.

Sizin bəstəkara olan diqqətinizi biz həmişə hiss etmişik. Vaxtilə, atamı "Şərəf" ordeni və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif etmisiniz. Xəyyam Mirzəzadənin sənətinə verdiyiniz dəyər üçün Sizə son dərəcə minnətdarıq.

Öz adımdan və ailə üzvlərim adından Sizə dərin hörmət və məhəbbətlə təşəkkürümü bildirirəm. Sizə və ailənizə möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin