Sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirdə deyib.
Nazir müavininin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasında iki əsas əngəl var ki, onlardan biri Ermənistan Konstitusiyasındadır.
Elnur Məmmədov əlavə edib ki, “Qarabağ Ermənistanın bir hissəsidir” müddəası Ermənistan Konstitusiyasında əsas kimi qəbul olunur:
“2020-ci ildə ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan sülh təkliflərini ilk dəfə Ermənistana 2021-ci ildə edib. Müharibədə qələbə qazanan ölkə heç vaxt qarşı tərəfə sülh təklifi etmir, amma biz bunu etmişik. Biz sülhlə bağlı əsas prinsipləri hazırlamışıq. 2020-2022-ci illərdə biz Ermənistanın arzularının nə olduğunu bilmirdik. Bundan sonra biz ətraflı müzakirələr aparmışıq. Bu müzakirələr ABŞ, Rusiya və Qazaxıstanda aparılıb. Həmin müzakirələrdə sülh razılaşmasını tərtib etməyə çalışmışıq. Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasında iki əsas maneə var. Onlardan biri Ermənistan Konstitusiyasındadır.
Bu maneə Ermənistanın Müstəqillik aktında da öz əksini tapıb. "Qarabağ Ermənistanın bir hissəsidir" müddəası orada əsas kimi qəbul olunur".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:45 / 10.12.2024
Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir - Elnur Məmmədov
Hazırda oxunan: Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir - Elnur Məmmədov
Hazırda oxunan: Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir - Elnur Məmmədov
224547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.