Ermənistan hökuməti 30 ildən çoxdur öz sərhədlərini dəqiq olaraq müəyyənləşdirməyib.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Qarabağın Ermənistanın bir hissəsi olması ermənilərin milli ideologiyasıdır:
"Ermənistan Konstitusiyasında qeyd olunur ki, Ermənistan dövlətçiliyinin əsasları müstəqilliyinin elan edilməsidir. Bu, Ermənistan xalqının milli hədəflərini ehtiva edir. İkinci Qarabağ müharibəsindən sonra da bu məsələlər öz həllini tapmayıb".
Bizim.Media