Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İsparta şəhərində baş verən helikopter qəzası ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN başçısı "X"də yazıb.
"Qardaş Türkiyənin İsparta şəhərində hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə başsağlığı və səbr diləyirik".
Qeyd edək ki, Türkiyənin İsparta şəhərində hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində altı nəfər həlak olub. Helikopterdə şəhid olan hərbçilərdən biri İsparta Quru Aviasiya Məktəbinin komandiri general-mayor İsa Baydillidir.
Bizim.Media