Suriyadakı vəziyyətlə bağlı Azərbaycan vətəndaşlarından XİN-ə müraciət olub? - AÇIQLAMA

Hazırda oxunan: Suriyadakı vəziyyətlə bağlı Azərbaycan vətəndaşlarından XİN-ə müraciət olub? - AÇIQLAMA

224269

Suriyadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşları barədə Xarici İşlər Nazirliyinə hər hansı bir məlumat daxil olmayıb.

Bizim.Media xəbər verir ki, bunu trend.az-a Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“Vətəndaşlarımız barədə XİN-ə hər hansı bir məlumat daxil olmayıb”, - deyə, o bildirib.

Qeyd edək ki, Azərbaycanın Suriyada səfirliyi yoxdur.

Xatırladaq ki, “Həyat Təhrir əl-Şam” qruplaşmasının başçılıq etdiyi üsyançılar noyabrın 27-də ölkənin şimalında, o vaxtkı qismən nəzarətdə olan İdlib əyalətindən hücuma başlayıb. Hücumda onlarla yanaşı Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri də iştirak edib.
 

Silahlılar bir neçə gün ərzində bütün İdlib vilayətini və ölkənin ikinci böyük şəhəri olan Hələb şəhərini ələ keçirib.


Dekabrın 5-də Suriya ordusu Suriyanın əhalisinin sayına görə beşinci şəhəri olan Həmanı tərk edib. Dekabrın 6-da ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirib. Dekabrın 8-nə keçən gecə hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olub. Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtını təyyarə ilə tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin