“Azərbaycanla Türkiyə arasında ictimai diplomatiya sahəsindəki əməkdaşlıq qardaşlıq prinsiplərinə əsaslanır. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir. Bununla belə, bu birliyə mane olmağa çalışan qüvvələrin mövcudluğu da müşahidə olunur. Bu kimi halların qarşısını almaq və birgə fəaliyyətin effektivliyini artırmaq üçün hər iki ölkənin parlamentləri müvafiq mexanizmlər hazırlamalıdır. Parlamentlər dövlətlərin təhlükəsizlik siyasətində mühüm rol oynayan təsisatlardır. Azərbaycanla Türkiyə arasında təhlükəsizlik məsələlərində birgə fəaliyyət regional və qlobal sabitliyə töhfə vermək baxımından əhəmiyyətlidir. Bu kontekstdə hər iki ölkənin təhlükəsizliyinin birgə qorunması zərurəti ön plana çıxır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Ziyafət Əsgərov dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı səsləndirib.
Z.Əsgərov qeyd edib ki, müasir dünyada “gücün hüququ” deyil, “hüququn gücü” əsas prinsip kimi qəbul edilir: “Bu baxımdan diplomatiyanın rolu daha da artır və beynəlxalq münasibətlər sistemində hüququn prioritet olmasını təmin etmək üçün hüquqi mexanizmlərin inkişaf etdirilməsi tələb olunur. Azərbaycanla Türkiyə arasında diplomatik əməkdaşlıq bu baxımdan digər türk dövlətləri üçün də nümunəvi model hesab oluna bilər”.
“Türkiyə ilə Azərbaycan arasında formalaşan qardaşlıq və strateji tərəfdaşlıq digər türk dövlətləri üçün də həmrəyliyin, ortaq təhlükəsizlik sisteminin və birgə inkişaf modelinin nümunəsi kimi çıxış edir. Bu əlaqələrin möhkəmləndirilməsi yalnız iki ölkənin deyil, həm də Türk dünyasının digər dövlətlərinin taleyinə və gələcəyinə birbaşa təsir göstərir. Bu baxımdan, Azərbaycanla Türkiyə arasında ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsi digər türk dövlətləri ilə də ortaq layihələrin həyata keçirilməsinə zəmin yarada bilər”, - deyə Ziyafət Əsgərov əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:41 / 07.12.2024
"Azərbaycan-Türkiyə əməkdaşlığı digər türk dövlətləri üçün nümunəvi modeldir” - Ziyafət Əsgərov
Hazırda oxunan: "Azərbaycan-Türkiyə əməkdaşlığı digər türk dövlətləri üçün nümunəvi modeldir” - Ziyafət Əsgərov
Hazırda oxunan: "Azərbaycan-Türkiyə əməkdaşlığı digər türk dövlətləri üçün nümunəvi modeldir” - Ziyafət Əsgərov
224174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.