Fuat Oktay: “Nə qədər ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var, sülh mümkün deyil”

Hazırda oxunan: Fuat Oktay: “Nə qədər ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var, sülh mümkün deyil”

224170

“Biz bunu Ermənistana da bəyan edirik. Azərbaycanın “Ermənistanı Konstitusiyasını dəyişməyə məcbur etdiyini” söyləmək düzgün deyil”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan bunu sabit dünyaya nail olmaq üçün edir. Nə qədər ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, sabit sülhə nail olmaq mümkün deyil”, - Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin