AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, parlamentlərin bugünkü fəaliyyətinə uzun illərdir formalaşmış parlamentarizm ənənələrinin təsiri böyükdür:
"Bu ənənəyə misal olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlament təcrübəsini qeyd etmək olar".
Spiker hazırda bəzi ölkələrin parlamentlərinin hansısa siyasi qüvvələrdən təsirlənməsindən təəssüfləndiyini bildirib:
“AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı böhtan xarakterli iş aparır, ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bunun səbəbi Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müstəqil siyasət yürütməsidir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:54 / 07.12.2024
Sahibə Qafarova: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır
Hazırda oxunan: Sahibə Qafarova: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır
Hazırda oxunan: Sahibə Qafarova: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır
224125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.