Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda II beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, konfransda 51 ölkədən 102 nümayəndə iştirak edib.
Tədbirdə ilk olaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səsləndirilib.
Müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub. Müraciətdə qeyd edilib ki, Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atılmalıdır.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.
Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bidlirib ki, Qərbi Azərbaycan İcması doğma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparır.
Konfransda çıxış edən digər şəxslər də Qərbi Azərbaycana qayıdışla bağlı fikirlər səsləndiriblər.
Daha ətraflı videoreportajda:
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media