Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriya Azərbaycan Ticarət Palatası, Avstriya Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyini Mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Nazir Ermənistan nümayəndəsinin iddialarına cavab verdi
Görüşdə nazir münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə "yaşıl enerji zonasının" yaradilması, "ağıllı şəhər" və "ağıllı kənd" layihləri barədə məlumat verib.
Bizim.Media