Nazir Ermənistan nümayəndəsinin iddialarına cavab verdi

Hazırda oxunan: Nazir Ermənistan nümayəndəsinin iddialarına cavab verdi

22384

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanın ATƏT-ə verdiyi önəmi, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətini vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü


Ermənistanın Azərbaycana qarşı təcavüzü, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruktiv yanaşma, bu ölkənin 44 günlük müharibə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər də daxil olmaqla, törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə diqqət çəkib.

Hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı, bunun hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında mümkün olduğunu diqqətə çatdırılıb.

Bu xüsusda, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünə toxunulub.

Çıxışda nazir, habelə münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya proseslərinin əhəmiyyətini vurğuladı. Bu istiqamətdə Azərbaycanın ATƏT-in icraçı strukturları ilə əməkdaşlıq etməyə davam edəcəyi qeyd olundu. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı, ATƏT-in də bu proseslərə töhfə verə biləcəyi vurğulanıb.
 

C.Bayramovun çıxışına cavab olaraq ATƏT-in iştirakçı dövlətlərinin əksəriyyətinin Daimi Nümayəndələri çıxış ediblər. Çıxışlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın ğnəmi və üçərəfli bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibliyi vurğulanıb. 


Görüş zamanı C.Bayramov Ermənistan nümayəndəsi tərəfindən Azərbaycana qarşı səsləndirilən əsassız iddiaları cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin