“Bu, hər hansı bir ərazi iddiası deyil. Bu, sadəcə, oradan 1988-ci ildə zorla öz yurdlarından köçürülən və soyqırıma məruz qalan azərbaycanlıların dönüş tələbidir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Qərbi Azərbaycan İcması tərəfindən Bakıda keçirilən ll beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qərbi azərbaycanlıların öz torpağına qayıtmaq onların ən təbii haqqıdır:
"Çünki azərbaycanlılar illərlə orada yaşayıblar , evləri, mədəniyyətləri, yaxınlarının məzarları ordadır. Bəzi beynəlxalq qanunlar bu insanların ora dönməsini dəstəkləyir, onlar da bu imkandan istifadə etmək istəyirlər. Ermənistanda hazırda bir dənə azərbaycanlı və müsəlman yaşamır. Onlar etnik təmizləmə aparıblar. Bu qlobal dünyada xoş qarşılanmır".
Türkiyəli deputat artıq Ermənistanın da Fransa kimi ölkələrin təsirindən çıxmalı olduğunu qeyd edib:
"Çünki Fransa bu gün öz əməllərindən sıyrılaraq Qafqazı qarışdırmağa cəhd edir. Azərbaycanın mübarizəsi haqlı mübarizədir. 44 günlük Vətən müharibəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi".
Şamil Ayrım Ermənistanın qərbi azərbaycanlılara təzminat ödəməli olduğunu vurğulayıb.
Günay Şahmar, Pərviz Allahverdiyev. Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:12 / 05.12.2024
Şamil Ayrım: “Ermənistan Qərbi azərbaycanlılara təzminat ödəməlidir”
Hazırda oxunan: Şamil Ayrım: “Ermənistan Qərbi azərbaycanlılara təzminat ödəməlidir”
Hazırda oxunan: Şamil Ayrım: “Ermənistan Qərbi azərbaycanlılara təzminat ödəməlidir”
223822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.