“Türkiyə olaraq barış və sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik" – Mövlud Çavuşoğlu

Hazırda oxunan: “Türkiyə olaraq barış və sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik" – Mövlud Çavuşoğlu

223794

“Vətən müharibəsi ilə can Azərbaycan suverenliyini tam bərpa etdi. 30 ildən sonra üçrəngli bayrağı yenidən Qarabağda dalğalanması bizi qürurlandırır. Azərbaycan bizim qardaşımız olduğu üçün yox, haqlı olduğu üçün hər zaman onun yanında olduq”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Qərbi Azərbaycan İcmasının Bakıda keçirilən ll beynəlxalq konfransda deyib.

O bildirib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa uyğundur:

"Bu, torpaq deyil, insan haqları məsələsidir. Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Biz Türkiyə olaraq barış və sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin