Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 28-ci Nazirlər Şurası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycan-İran əməkdaşlığından irəli gələn iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiya, enerji təhlükəsizliyi sahələrindəki məsələləri, eləcə də birgə təşəbbüslər və layihələri müzakirə ediblər.
Görüşdə həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasiya xətlərinin ən qısa zamanda başa çatdırılmasının və əldə olunan razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:27 / 03.12.2024
Azərbaycan və İran XİN rəhbərləri GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Azərbaycan və İran XİN rəhbərləri GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Azərbaycan və İran XİN rəhbərləri GÖRÜŞDÜ - FOTO
223546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.