“İlham Əliyevlə görüşmək üçün Moskvaya gələ bilərəm” – Paşinyan

Hazırda oxunan: “İlham Əliyevlə görüşmək üçün Moskvaya gələ bilərəm” – Paşinyan

22340

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağla bağlı danışıqlar üçün Azərbaycan lideri İlham Əliyevlə Moskvada görüşə hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “yerkramas.org” saytında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni üçtərəfli saziş bu gün imzalanacaq? - SON DƏQİQƏ


“Dağlıq Qarabağ münaqişəsi müstəsna şəkildə sülh yolu ilə həll olunmalıdır, bu bizim mövqeyimizdir. Getmək, görüşmək, danışmaq da daxil olmaqla belə bir nəticəni əldə etmək üçün bütün lazımi səyləri göstərməyə hazıram”. Paşinyan TASS agentliyinin “Rusiya Federasiyasının vasitəçiliyi ilə azərbaycanlı həmkarı ilə görüşmək üçün Moskvaya gəlməyə hazırsanmı?” sualını cavablandırarkən belə deyib.

Eyni zamanda Paşinyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli kompromisə əsaslanmalıdır. 

“Qarşı tərəf kompromisə hazır deyilsə, Dağlıq Qarabağdakı soydaşlarımızın hüquqları uğrunda sona qədər mübarizə aparmağa hazırıq, - deyə Paşinyan qeyd edib. - Düşünürəm ki, bu, Ermənistan hökumətinin, erməni xalqının, erməni diasporunun dürüst və konstruktiv bir mövqeyidir”.

“Qarşıdurmaya son qoymaq və həll yollarını tapmaq üçün hər zaman Moskvada və ya başqa yerdə erməni tərəfi ilə Dağlıq Qarabağla bağlı danışıqlara hazırıq”. Bunu da Azərbaycan prezidenti İlham Əliyev TASS-a verdiyi müsahibəsində deyib.

“Hazırda belə görüşlə bağlı heç bir dəvət almamışam. Bu baxımdan sual mənə aid  deyil. Dəfələrlə şəxsən Rusiya Prezidenti Vladimir Putin və ondan əvvəl Dmitri Medvedev Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli görüşlər keçirib” deyə İlham Əliyev izah edib.

Onun sözlərinə görə, Rusiya həmişə münaqişənin həllində mühüm rol oynayıb.

“Bunun həm tarixi, həm də coğrafi baxımdan obyektiv səbəbləri var. Rusiya on illərdir ki, bölgəmizdə fəal şəkildə fəaliyyət göstərir və qarşılıqlı əlaqələri yüksək səviyyədədir. Buna görə də hər cür təmasa hazırıq”, deyə Azərbaycan lideri yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin