Zelenski danışıqların ANONSUNU VERDİ – Münaqişə dondurulur, itirilən ərazilər isə...

Hazırda oxunan: Zelenski danışıqların ANONSUNU VERDİ – Münaqişə dondurulur, itirilən ərazilər isə...

223353

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınacağı təqdirdə münaqişənin qaynar mərhələsini dayandırmağa hazır olduğunu bəyan edib.

Bu barədə o, "Sky News”a müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenskidən ETİRAF - “Ukrayna itirilmiş əraziləri geri qaytara bilməyəcək”


"Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır. Fakt budur ki, bu, müharibənin qaynar fazasını dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissə ilə NATO üzvlüyünə verə bilərik”, - deyə o qeyd edib.

Bundan sonra o, işğal altında olan ərazilərin diplomatik yolla qaytarılması üzərində işləmək niyyətindədir. Onun sözlərinə görə, Ukrayna əvvəllər belə bir təklifi yalnız ona görə nəzərdən keçirməyib ki, bunu heç kim rəsmi şəkildə təklif etməyib.

Strana nəşri qeyd edib ki, bu, Zelenskinin 2022-ci ilin fevralından bəri işğal edilən əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır.

Yəni Zelenski müharibə başlayandan bəri ilk dəfə münaqişənin dondurulması şərti ilə danışıqlara hazır olduğunu elan edir.

Bu açıqlama görəsən savaşın sonunu yaxınlaşdıra bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, indiki halda Rusiya Ukrayna müharibəsinin tam olaraq köklü şəkildə yekunlaşacağı o qədər də ciddi və real görünmür:

“Münaqişənin tam olaraq yekunlaşması Rusiyanın tutduğu bütün əraziləri Kiyevə qaytarması fonunda baş tuta bilər. Lakin bu indiki məqamda ağlabatan görünmür. Ukrayna bu günə qədər Qərbin ona daha çox dəstək verəcəyi və itirdiyi əraziləri geri qaytaracağına ümidli idi. Amma Qərb Ukraynaya bir çox formatlarda dəstək olsa da, təəssüf ki, nəticədə Kiyevi atdığı od-alovun içindən çıxara bilmədi. Belədə, mövcud tendensiyanın şahidi olmaqdayıq. Müharibə ilə bağlı bütün təhlilçilərin gəldiyi qənaətə görə, məsələ uzun müddətə dondurulan münaqişə kimi xarakterizə ediləcək”.

Ekspertin fikrincə, Ukrayna Prezidenti Zelenskidə siyasi yorğunluq hiss olunur:

“O, münaqişəni donmuş vəziyyətə keçirərək, Ukraynada növbəti seçkilər təyin edə bilər. Belədə bundan sonrakı məsələləri, danışıqları və başqa nüansları isə gələcək hakimiyyətə təhvil-təslim edəcək. Hər halda Ukrayna münaqişəsində məsələnin donmuş fazaya keçməsi üçün ciddi iradə olmalıdır. Belə olan təqdirdə, sonrakı dövrdə danışıqlar başlaya bilər”.

Həmsöhbətimiz NATO-nun indiki dövrdə Ukraynanın işğal edilməyən ərazilərini rəsmi olaraq öz zəmanəti altına alacağına da inanmır:

“Ola bilsin, bağlı qapılar arasında Moskva ilə NATO arasında hansısa anlaşma olsun. Amma rəsmi şəkildə NATO-nun buna razılıq verməsi gələcəkdə Rusiyanın Ukraynaya növbəti hücumunda qurumu çıxılmaz vəziyyətə sala bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin