Amerikalı analitikdən ETİRAF: “Qərb Gürcüstanda rəngli inqilab həyata keçirmək istəyir” – ÖZƏL

Hazırda oxunan: Amerikalı analitikdən ETİRAF: “Qərb Gürcüstanda rəngli inqilab həyata keçirmək istəyir” – ÖZƏL

222980

“Gürcüstandakı narahatlıqlar azalıb, lakin xaricdən dəstəklənən QHT-lərin işə qarışması ilə gərginlik yenidən şiddətlənə bilər. Bu təşkilatlar ya rəngli inqilab təşkil etməyə çalışır, ya da etirazları strateji məqsədlər üçün manipulyasiya edə bilər”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı politoloq Endryu Korybko deyib. 

Gürcüstanda Avropa Birliyinə üzvlük prosesinin təxirə salınması ilə başlayan etirazları şərh edən Korybko, Qərbin Gürcüstanda inqilab hazırladığını bildirib:

“Hakimiyyət orqanları təmkin və səbr nümayiş etdirirlər, lakin təhlükəsizlik xidmətlərinə qarşı səbəbsiz hücumlar sərt reaksiya ilə nəticələnə bilər. Bu da öz növbəsində kontekstdən çıxarılaraq daha çox insanı aksiyalara qoşulmağa təşviq edə bilər. Hazırda vəziyyət nisbətən yaxşılaşır. Amma durum hələ də qeyri-sabitdir və pisləşə bilər. Qərbin dəstəklədiyi növbəti rəngli inqilab genişmiqyaslı zorakılığa səbəb ola bilər, lakin vətəndaş müharibəsinin baş verməsi hələ dəqiq deyil”, - deyə E.Korybko deyib. 

Korybko əlavə edib ki, Qərb Gürcüstanı “növbəti Ukrayna” etməyə çalışır:

“Etirazçılar silahsızdır, təhlükəsizlik xidmətləri isə güc tətbiqi ilə iğtişaşları yatırmaq imkanına malikdir. Bir çox gürcü Ukraynanın "AvroMaydan"dan sonra tutduğu yolu təkrarlamaq istəmir, çünki bu, həm də Qərbin dəstəklədiyi rəngli inqilab idi. Yalnız xarici agentlər, radikallar və yanlış yönləndirilmiş etirazçılar bu ssenarini həyata keçirməyə cəhd edə bilərlər”, - deyə amerikalı politoloq bildirib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin