Milli Məcisdə keçirilən 2025-ci il büdcə müzakirələri bəzi deputatların “şou” düzəltməsi ilə yadda qaldı. Bu cür “şou”ların Azərbaycan qanunverici orqanın fəaliyyətinə yad olduğunu nəzərə alanda, baş verənlər haqlı olaraq təəccüblə qarşılanır. İllərlə susan deputatlarımız “qəhrəmanlıq” eşqinə düşüblər. Səbəbi hələ də müəmmalıdır. Görünür, gündəmə gəlmək, özlərini “seçiciləri düşünən deputat” kimi göstərmək istəyirlər, halbuki, əksəriyyətinin seçildiyi dairəyə seçkidən-seçkiyə getdiyi də sirr deyil.
Sosial problemlər hər yerdə var, amma Azərbaycan sosial-iqtisadi dayanıqlıq baxımından regionun ən güclü ölkəsidir. Ölkədə işsizliyin səviyyəsi minumum səviyyədədir, respublikanın bütün bölgələrində yeni iş yerlərinin yaradılması demək olar ki, hər gün qeydə alınır. Azərbaycan dövləti sosial dövlətdir, Prezident İlham Əliyev də dəfələrlə dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını vurğulayıb, bunu əməli siyasətdə də həyata keçirib.
Sual yaranır: xalqın sosial problemlərini düşünən Prezident İlham Əliyevdir, yoxsa “qəhrəmanlıq” eşqi ilə “şou” çıxaran deputatlar?
Misal üçün, Siyavuş Novruzov sosial dəstək kimi kəndliyə verilən mal-qaranın xəstə olduğunu, qapıdan kimi kimi öldüyünü iddia edir: “Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək, ona bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır”.
Müzakirələrdə iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu iddianın doğru olmadığını faktlarla ispat etdi. Lakin məsələ odur ki, Siyavuş Novruzov doğrudanmı kəndlini düşünür?
Onun deputat fəaliyyətinə nəzərə yetirdikdə, belə olmadığı bəlli olur. Heç kəsə sirr deyil ki, “Molotov kotleti”ndən “bayratlığa” keçən Siyavuş Novruzov bu “qəhrəmanlığı” sadəcə şou xatirinə edir.
Siyavuş Novruzov özünü müharibə veteranları “qayğıkeşi” kimi göstərməyə cəhd etdi. Halbuki özü indiyə qədər Vətən müharibəsi iştirakçılarının birinə belə hansısa köməyi, yardımı etməyib. Yardımı da, dəstəyi də edən dövlətdir.
VII çağırış Milli Məclisə seçilən Səyyad Aran da müharibə iştirakçılarından bəhs edib və bildirib ki, “Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsi ayıbdan ayıbdır”.
Adama deyərlər, ay Səyyad Aran, sən heç müharibə iştirakçılarının sayını, dövlətin onlara verdiyi köməyi, qazi və şəhid ailələrinə göstərilən dəstəyi bilirsənmi?
Əminliklə deyə bilərik ki, deputat Səyyad Aranın bundan xəbəri yoxdur, sadəcə, yeni çağırış parlamentin ilk müzakirələrində “yadda qalmaq” istəyi ilə şou göstərməklə məşğuldur. Səyyad Aranı görəndə keçmiş deputat Çingiz Qənizadəni xatırlamamaq mümkün deyil. S.Aranın deputat olduğu dairəni vaxtilə Çingiz Qənizadə təmsil edirdi, həm dövləti, həm seçiciləri yaxşı da təmsil edirdi. İndi Səyyad Arana baxanda Çingiz Qənizadənin yeri görünür. Çünki Çingiz Qənizadə parlamentin funksiyasının qanunları müzakirə edib, onu qəbul etmək olduğunu yaxşı bilirdi, irəli sürdüyü təşəbbüslər də həmişə dövlətin və xalqın maraqlarına uyğun olurdu. Bu gün Ç.Qənizadə deputat olmasa belə, Prezident İlham Əliyevin siyasi, sosial və iqtisadi siyasətini Səyyad Arandan daha yaxşı mediada və telekanallarda çıxışları ilə təbliğ edir. Belə görünür ki, dövlət və millətin yanında olan, sosial-iqtisadi siyasəti müdafiə edən kənarda qaldı, “şou” göstərənlər parlamentə düşdü. Min təəssüf...
Təəssüf ki, parlamentdə seçicilərinin yolunu tanımayan, illərdir kürsüdən əl çəkməyən, öz maraqları hesabına şou göstərən deputatlar hələ də qalır və belə görünür ki, yenilər arasında da belələri var, elə Səyyad Aran kimi! (demokrat.az)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:25 / 28.11.2024
Mandatlı “şoumenlər”...
Hazırda oxunan: Mandatlı “şoumenlər”...
Hazırda oxunan: Mandatlı “şoumenlər”...
222805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.