Rəsmi Bakı: Polşa Prezidentinin "binokl şousu”nda iştirak etməsindən təəssüflənirik - FOTO

Hazırda oxunan: Rəsmi Bakı: Polşa Prezidentinin "binokl şousu”nda iştirak etməsindən təəssüflənirik - FOTO

222666

Azərbaycan Xarici işlər Nazirliyi (XİN) Ermənistan səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in “X” platformasındakı paylaşımında bildirilib.

“Azərbaycanın rəsmi olaraq "strateji tərəfdaşı" olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu”nda iştirak etməsindən çox təəssüflənirik. Azərbaycan bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Ermənistanda səfərdə olan Polşa prezidenti Anjey Duda Naxçıvanla sərhəddə yerləşən Arazdəyən qəsəbəsində olub və Ermənistanda yerləşən Aİ müşahidəçiləri ilə birgə patrul xidməti həyata keçirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin