Polşa prezidenti Aİ müşahidəçiləri ilə birgə Azərbaycanla sərhədə gəldi - VİDEO

Hazırda oxunan: Polşa prezidenti Aİ müşahidəçiləri ilə birgə Azərbaycanla sərhədə gəldi - VİDEO

222648

Ermənistanda səfərdə olan Polşa prezidenti Anjey Duda Naxçıvanla sərhəddə yerləşən Arazdəyən qəsəbəsində olub və Ermənistanda yerləşən Aİ müşahidəçiləri ilə birgə patrul xidməti həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Polşa prezidentinin ofisi X səhifəsində yazıb.

Mənbə qeyd edir ki, prezident missiyanın tərkibində olan polyaklarla da görüşüb.
 

Xatırladaq ki, Aİ-nin Ermənistan Respublikasındakı missiyasının rəhbəri Markus Ritter, müavini isə polşalı Marek Kuberskidir.


Missiya 2023-cü ilin fevralında iki il müddətinə yaradılıb, onun vəzifələrinə Ermənistan və Azərbaycan sərhədində vəziyyətin monitorinqi və patrul xidməti daxildir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin