“Bu il 41 minə yaxın şəxsə əlillik təyinatı verilib. Əgər əlillik almaq çətindirsə, bu qədər insan necə alır?!”
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir fərdi məsələlərlə bağlı problemlərin yazılı təqdim olunmasını bildirib:
“Mən hər bir fərdi halla bağlı indi heç nə deyə bilmərəm. Xahiş edirəm ki, fərdi hallarla bağlı yazılı məlumat təqdim edilsin. Amma komitə iclasından sonra mənə fərdi halla bağlı müraciət olunmayıb”.
Qeyd edək ki, büdcə müzakirələri çərçivəsində bir sıra deputatlar sosial müvainətlərin verilməsi ilə bağlı problemlərin olduğuna diqqət çəkiblər.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:44 / 27.11.2024
Sahil Babayev: “Əlillik almaq çətindirsə, bu qədər insan necə alır?!”
Hazırda oxunan: Sahil Babayev: “Əlillik almaq çətindirsə, bu qədər insan necə alır?!”
Hazırda oxunan: Sahil Babayev: “Əlillik almaq çətindirsə, bu qədər insan necə alır?!”
222607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.