“COP29-un yüksək səviyyədə təşkili Azərbaycanın lider imicini möhkəmləndirdi” – Spiker

Hazırda oxunan: “COP29-un yüksək səviyyədə təşkili Azərbaycanın lider imicini möhkəmləndirdi” – Spiker

222256

“Ötən həftə Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirildi. Bəşəriyyətin gələcəyi ilə bağlı olan bu dünya miqyaslı tədbiri yüksək səviyyədə təşkil etməklə Azərbaycan öz mövqeyini, lider imicini möhkəmləndirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin noyabrın 25-də keçriilən plenar iclasında deyib. 

O, COP29 çərçivəsində bir neçə ölkələrin parlament nümayəndələri ilə görüşdüyünü qeyd edib: 

“COP29 çərçivəsində noyabrın 16-17-də parlamentlərin görüşü də keçirildi. Tədbirdə 67 ölkədən 95 nümayəndə heyəti, yəni 345 nəfər parlament təmsilçisi iştirak etdi. Parlament görüşü çərçivəsində 7 sessiya keçirildi”.  

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin