Ukrayna XİN-dən BƏYANAT

Hazırda oxunan: Ukrayna XİN-dən BƏYANAT

2218

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı bəyanat yayıb.

“Ukrayna XİN-i Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binasının atəşə tutulmasını pisləyir və günahkarların məsuliyyətə cəlb olunacağını qeyd edir”.

Bizim.Media bildirir ki, bunu Ukrayna XİN-in mətbuat katibi Katerina Zelenko deyib.

“Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binalarının naməlum şəxslər tərəfindən atəşə tutulmasını kəskin şəkildə pisləyirik. Hüquq mühafizə orqanları artıq lazımi istintaq hərəkətlərinə başlayıblar”, - Zelenko bildirib.

XİN həmçinin hadisəni törədənlərin tapılaraq ədalət təslim edilməli olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin