Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə mövcud regional vəziyyəti müzakirə edib

Hazırda oxunan: Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə mövcud regional vəziyyəti müzakirə edib

221786

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
 

Məlumata görə, C.Bayramov həmkarı Baxtiyor Saidovu yenidən xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəəliyyətində davamlı uğurlar arzulayıb.


Telefon danışığı zamanı nazirlər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələləri, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Telefon danışığında, həmçinin beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin