Türkiyədə prezidentliyə ilk namizəd bəlli oldu: "Əl versəniz, çiyin-çiyinə verərək, qazanırıq"

Hazırda oxunan: Türkiyədə prezidentliyə ilk namizəd bəlli oldu: "Əl versəniz, çiyin-çiyinə verərək, qazanırıq"

221733
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu il 24 iyunda vaxtından əvvəlxa0 həm prezident, həm parlament seçkilərinin keçiriləcəyini elan edəndən sonra artıq prezidentliyə ilk müstəqil namizədliyini irəli sürənin kimliyi də məlum olub.xa0

Bu, jurnalist Levent Gültəkindir. İndiki iqtidarı daha çox tənqid etməklə tanınan istedadlı yazar sosial şəbəkədə namizədliyini irəli sürəcəyini bəyan edən video paylaşıb.

Gültəkin belə deyib: “İqtidar erkən seçim qərarını verdi. Bu bir seçim deyil, bu bir qəsbdir. İqtidar ölkəni qəsb edir. 24 iyunda seçki demək, “mən seçimi dünən keçirdim” demək. “məndən başqa bu ölkəni idarə edə bilməz” demək. Bunu qəbul edə bilmərik. Biz bu ölkənin övladıyıq. Hamımızın seçmək, seçilmək, azad yaşamaq haqqı var. Bu haqqımızdan vaz keçə bilmərik. İnsan kimi, dostca, qardaşca, azadca yaşamaq üçün namizəd oluram. Əslində bu bir namizədlik məsələsi deyil. Bu bir vəzifə tutmaq məsələsi deyil. Bu bir məsuliyyət məsələsidir. Ölkəmizi bir adamın iki dodağı arasına buraxmamaq məsələsidir. Bu bir adama” Türkiyə səndən böyükdür” demək məsələsidir. Birlikdə gələcəyimizə sahib çıxacağıq, mən bunun üçün varam. Namizəd oluram. Sizin də əl uzatmanızı gözləyirəm. Əl versəniz, çiyin-çiyinə verərək, qazanırıq, qazanacağıq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin