Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Pakistanda səfərdədir - FOTO

Hazırda oxunan: Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Pakistanda səfərdədir - FOTO

221643

Noyabrın 19-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarı işə başlayıb.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Nazir müavini müxtəlif ölkələrin hərbi sənaye məhsullarının nümayiş edildiyi stendlərlə tanış olub.
 

Sərgi çərçivəsində M.Baxışov Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini İhsan Kaya, Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza, Pakistanın Strateji Planlar Departamentinin baş direktoru general-leytenant Yusuf Camal və digər dövlət rəsmiləri, eləcə də özəl şirkətlərin nümayəndələri ilə görüşüb.


Görüşlərdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi sənaye kompleksləri arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin