Fransız politoloq Makronu İFŞA ETDİ: “Erməni lobbisinə görə COP29-a getmədi” – EKSKLÜZİV

Hazırda oxunan: Fransız politoloq Makronu İFŞA ETDİ: “Erməni lobbisinə görə COP29-a getmədi” – EKSKLÜZİV

221249

“COP29 noyabrın 11-də Bakıda öz işinə başladı və iqlim üçün vacib olan tədbirdə bütün dünya iştirak edir və artıq mühüm qərarlar qəbul olunub. Lakin Fransa bu tədbirə qatılmamağı seçdi. Rəsmi səbəb kimi isə iki ölkə arasında siyasi fikir ayrılıqları olduğunu əsas gətirdilər. Əslində isə COP29-da iştirak etməmək qərarının arxasında erməni icması tərəfindən gizli şəkildə aparılan pozucu fəaliyyət dayanır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru, politoloq Jan Mişel Brun deyib.
 

MÖVZU İLƏ BAĞLI:

LGBT rəzilliyi, Azərbaycana qarşı qərəz... – Fransalı jurnalist rəsmi Parisi ifşa etdi – MÜSAHİBƏ


Fransanın BMT-nin mühüm tədbiri barədə pozucu fəaliyyəti haqqında danışan Mişel, bu addımın Paris siyasətinin iç üzünü göstərdiyinə diqqət çəkib.

O əlavə edib ki, Fransız siyasətçiləri və mətbuatı tərəfindən Azərbaycana qarşı hücum siyasəti başlayıb:

“Emmanuel Makron COP29-un açılışından əvvəl demişdi ki, o, Bakıya getməyəcək və Ekoloji keçid üzrə naziri Agnès Pannier-Runacheri göndərəcək, amma o da tədbiri boykot etməyə qərar verdi. Senator Yannick Jadot, Agnès Pannier-Runacher-i Bakıya getməməyə çağırmışdı və Azərbaycanı erməni əhalisinə qarşı "etnik təmizləmə siyasəti" aparmaqda ittiham edirdi.  Fransa KİV-i isə BMT-ni hədəf alaraq, Azərbaycanın karbohidrogen istehsalçısı olduğuna diqqət çəkir və COP29-un Bakıda keçirilməsini təndiq edirlər”.

Zəif arqumentlərlə mənasız hücumlar

“Lakin onların bu arqumentlərinin heç biri doğru deyil. Qərb öz maraqlarına uyğun siyasət yürütməyən ölkələri daim oxşar ittihamlarla hədəf alır. Əslində isə Azərbaycanda fikir azadlığı və stabillik mövcuddur. Azərbaycan hər kəsin öz ənənələrinə uyğun yaşaya biləcəyi dünyəvi və multikultural bir ölkədir”, - deyə J.Mişel bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin