Rəsmi Bakıdan Fransanın COP29-da iştirakdan imtina etməsinə REAKSİYA: “Yanlış addımdır”

Hazırda oxunan: Rəsmi Bakıdan Fransanın COP29-da iştirakdan imtina etməsinə REAKSİYA: “Yanlış addımdır”

220784

Fransanın COP29-la bağlı yanaşması qeyri-konstruktivdir. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. 
 

Nazir qeyd edib ki, Fransa özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edir və onun istənilən səbəb və bəhanə ilə iqlim mövzusundan kənar qalması, konfransda iştirak etməməsi yanlış addımdır. 


“Azərbaycan heç bir zaman iqlim mövzusunu, digər hansısa Azərbaycan-Fransa arasında olan gərginlik, fikir ayrılıqlarını bu mövzuya gətirməyib. 

Bizim il ərzində COP-dan öncə çoxsaylı tədbirlərimiz olub və onların hamısına Fransa danışıqçıları, nümayəndə heyəti dəvət olunub. Onlar bu tədbirlərdə iştirak edib və bizim COP komandamız onlarla çox konstruktiv işləyib. Kimin hansı qərarı qəbul etməsi, gəlib-gəlməməsi öz seçimidir", - o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin