Hikmət Hacıyevdən sülh danışıqları ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Hikmət Hacıyevdən sülh danışıqları ilə bağlı MÜHÜM AÇIQLAMA

220447

“Noyabrın sonuna kimi Azərbaycanın gündəmində olan əsas mövzu COP29-dur. Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a açıqlamasında bildirib.

“Sənədin mətnində müəyyən suallar var. Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki erməni tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Bu çərçivədə, şübhəsiz ki, dekabr ayından etibarən yeni bir proses olacaq”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin