Artıq Dağlıq Qarabağ məsələsi ətrafında nəticə verməyən danışıqlar prosesi fonunda, Azərbaycanın ermənistana hərbi müdaxilə etməsi aktuallaşır. Vəziyyətin fərqində olan rəsmi Kreml isə mümkün bir hərbi əməliyyatların Azərbaycan ordusunun xeyrinə yekunlaşacağını bilir və 2016-cı ilin Aprel döyüşlərindən bu yana regiondakı hərbi balansı Ermənistanın xeyrinə dəyişmək istəyir. Hərkəsə məlumdur ki, ermənilər aprel döyüşlərində hər tərəfli dərs aldılar. Təsadüf deyil ki, aprel döyüşlərindən sonra Rusiya ilə bağlanan kreditlər əsasında alınan hərbi texnikalar sırf aprel döyüşlərində ermənistanın üzə çıxan zəif mövqelərini ört basdır etmək üçün nəzərdə tutulub. Fikir versək görərik ki, bizim ordumuz əməliyyatlar sırasında düşməni tank hücumundan müdafiə sistemində hədsiz dərəcədə qabaqlayırdı və aprel döyüşlərində də SPİKE anti tank kompleksi ilə 30-dan çox erməni tankını məhv etmişdi. Təbii ki Ermənistan tərəfi o qədər ağıldan geri ola bilməz ki, döyüşlərdən sonra bəlkədə məğlubiyyətinə əsas səbəblərdən biri olanxa0 SPİKE sisteminə alternativ cavab tapmasın. Və tapdı da.xa0
Bu gün xəbərlərdə qeyd edilir ki, yeni imzalanan kredit şərtlərnə görə erməni ordusu Rusiyadan "Kornet" anti tank sistemini alacaq. Düzdü, bizim əlimizdəki sistemlə müqaisədə Ermənistanın aldığı yeni sistem o qədərdə güclü deyil. Amma mahiyyət etibarı ilə onun prototipidir və gələcəkdə potensial bir döyüşdə bizim tank itkimizdə düşməninki qədər ola bilər.
xa0
Digər bir məsələdə bunnan ibarətdir ki, biz bu günə qədər Ermənistanı “külə” çevirəcəyimizi söyləyirdiksə artıq Ermənistanın əlində olan reaktif atəş sistemləri və taktiki ballestik raketlərdə bizim üçün həmin təhdidi yaradır. Çünki bizim ordumuzun arsenalında olan ən dağıdıcı silah sayılan "Smerç" sistemidə artıq Ermənistanda var hətta əlavə olaraq "Smerçin" çin variantı da var. Bundan əlavə erməni ordusunun arsenalında olan və dünyada ən muasir raket sistemlərindən olan "İskander-E" taktiki ballestik raketini də qeyd etmək lazımdır və təssüfflə onu da qeyd etmək lazımdır ki, bizim orduda o dərəcədə müasir bir raket sistemi mövcud deyil. Əgər Rusiya bu dəfəki kreditlər çərçivəsində Ermənistana "İskəndər" ballestik raket sistemini versə vəziyyət həqiqətən də Azərbaycan üçün çox təhlükəli sayıla bilər.xa0 Çünki hal hazırda erməni ordusunda olan "İskander-E" taktiki-ballestik raketdir və onun atış mənzili 250-300 km. dir. Lakin "İskəndər"-inxa0 ballestik raket sistemi isə 500 km ə qədər uzaqlıqdakı hədəfləri məhv edir ki, bu da Bakı şəhərini və ətrafındakı strateji obyektləri təhdid altına salır.
Təbii ki, burada Rusiya amili də var. Rusiya artıq Azərbaycanın rus silahları almadığını, daha keyfiyyətli İsrail və Türkiyə hərbi sənayesinin məhsulu olan silahları aldığını bilir və Ermənistana bu silah satışı ilə guya Azərbaycana "qulağburması" verməyə çalışır. Və Ermənistan da bu barədə hərbi üstünlüyə yiyələnməyə çalışır. Çünki Ermənistan dövləti hərbi sahədə balansa nail olsa, o zaman Azərbaycanı nəticə verməyən danışıqlar prosesindən başqa bir vatiantı qalmayacaq. Lakin Azərbaycanın hərbi büdcəsi imkan verir ki, qüvvələr balansını Azərbaycanın xeyrinə uçurum səviyyəsinə gətirib çıxarsın. Fikrimcə isə bu vəziyyətdə Azərbaycan höküməti 2 addımdan birini atmalıdır.
1. İsrail, Türkiyə, Pakistan kimi dövlətlərdən ən müasir və güclü texnikanı alaraq balansı böyük ölçüdə öz xeyrinə dəyişəcək.
2.xa0 Rusiyanın balansı Ermənistanın xeyrinə deyişməyindən ehtiyyatlanaraq arsenalına yeni rus silahlarını alacaq.
Hal hazırda Azərbaycanın siyasi kursunu analiz etdikdə 2-ci variant daha real görsənir. Lakin indiki şəraitdə Azərbaycanın öz mövqeyini və iddiasını qəti şəkildə göstərməsi və balansı yenidən böyük ölçüdə öz xeyrinə dəyişməsi üçün müasir və güclü silahların alınması şərtdir.
Qadir Kazımov,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

































































































