Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova noyabrın 11-də Heydər Əliyev Mərkəzində olub.
Bizim.Media xəbər verir ki, Qordana Silyanovska Davkovaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.
Bildirilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə xidmət edir.
Ali qonaq “Azərbaycan inciləri”, “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgilər və digər kolleksiyalar ilə tanış olub.
Bizim.Media