ABŞ-ın Azərbaycandakı sabiq səfiri: “Müharibə vaxtı cənab İlham Əliyev insanlığı qorudu” - EKSKLÜZİV

Hazırda oxunan: ABŞ-ın Azərbaycandakı sabiq səfiri: “Müharibə vaxtı cənab İlham Əliyev insanlığı qorudu” - EKSKLÜZİV

219886

“Azərbaycanın 2020-ci il Noyabrın 8-də qələbəsi İkinci Qarabağ müharibəsinin hərbi fazasının sonlanması ilə nəticələndi. Bununla Azərbaycanın hərbi qələbəsinin əsası qoyuldu və çox yaxında münaqişənin birdəfəlik sonlanmasına gətirib çıxaracaq Sülh sazişi üçün yol açıldı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
 

Qələbənin iki ölkə arasında sülhü labüd etdiyinə diqqət çəkən sabiq səfir yaxın gələcəkdə barışın olacağına ümidvar olduğunu bildirib.


“Sülhdə həm Prezident İlham Əliyev, həm də Ermənistan Baş naziri Nikol Paşinyan qərarlıdırlar. Liderlər sülh sazişi ilə bağlı hüquqi və siyasi problemləri aradan qaldırmağa çalışırlar. Şuşanın geri qaytarılması cəsarətli, eləcə də hərbi fazanın hərbi əməliyyatı olaraq yadda qalacaq. Ancaq bu həm də dünyaya göstərdi ki, İlham Əliyev insanlığı qoruyur. Çünki O bilirdi ki, Xankəndidə insanlar (ermənilər) var və xəbərdarlıq etmişdi ki, ordu ora girə bilər, amma bu bir çox əsgərin və mülki əhalinin ölümü ilə nəticələnə bilər. Məhz bu an İlham Əliyev insanlığa verdiyi qiyməti, eləcə də strateji dəhasını nümayiş etdirdiyi an oldu. Elə həmin vaxtdan Azərbaycan humanistliyini davam etdirdi”, - deyə M.Brayza deyib.

Azərbaycanın qələbə ilə yanaşı müharibəni humanizm prinsiplərinə sadiq olaraq apardığını deyən sabiq səfir Bakının bütün dünyaya humanizm dərsi keçdiyini deyib.

“Azərbaycan bölgədəki ermənilər üçün şərait yaratdı, onlara humanitar yardım göstərdi, enerji ilə təmin etdi. Ermənilərin təxliyə olunması üçün onlara xeyli vaxt verdi. Bütün bunların hamısı 8 Noyabr tarixində baş verənlərə görə oldu. Bu, müasir Azərbaycanın ən möhtəşəm qələbələrindən biri oldu. Qalib Azərbaycan sadəcə hərbi düşmənini məğlub etməsi ilə yadda qalmadı, o həm də ölkənin ərazi bütövlüyünü bərpa etməsi ilə, doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin evlərinə geri qayıtması ilə yadda qaldı. Ümid edirəm ki, azərbaycanlılar və ermənilər arasında sabit, uzunmüddətli sülh yaranacaq”, - deyə M.Brayza əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin