Ceyhun Bayramov: “Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun” - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov: “Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun” - FOTO

219853

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikə görə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" hesabında paylaşım edib.

"Əziz qardaşım, təşəkkür edirəm!

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun!" - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Xatırladaq ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin